
MODERN
İSTEHSALATIN MƏRKƏZİNDƏYİK
Interplast olaraq 20 ildən artıqdır ki, yüksək keyfiyyətli PVC profillərin istehsalı ilə məkanlarınıza estetik və davamlılıq qatırıq.
Təcrübəmiz və Peşəkarlığımız
Interplast fəaliyyətə başladığı ilk gündən etibarən yerli istehsalın gücünə inanaraq həm daxili, həm də xarici bazarda özünəmsəxsus yer tutmuşdur.
Bizim üçün keyfiyyət sadəcə bir standart deyil, həm də müştərilərimizə olan öhdəliyimizdir. Müasir texnologiya ilə ənənəvi etibarlılığı bir araya gətiririk.

İstehsalat Prosesimiz
Xammaldan hazır məhsula gedən yol
Xammal Hazırlığı
PVC və xüsusi qatqılar laboratoriya nəzarəti ilə ideal tərkibdə qarışdırılır.
Ekstruziya
Yüksək temperatur və təzyiq altında material qəliblərdən keçərək profil formasını alır.
Kalibrasiya
Vakuum texnologiyası ilə profilin ölçü dəqiqliyi və səth hamarlığı təmin edilir.
Soyutma
Su vannalarında profilin forması sabitləşdirilir və son möhkəmlik əldə olunur.
Səth İşlənməsi
Tələbə uyğun olaraq laminasiya və ya xüsusi örtüklər tətbiq edilir.
Keyfiyyət Nəzarət
Hər bir profil fiziki və vizual testlərdən keçdikdən sonra qablaşdırılır.
Üstünlüklərimiz
Yüksək Keyfiyyət
Ən son texnologiya və yüksək standartlara cavab verən xammal.
Geniş Çeşid
Hər növ interyer və eksteryer dizaynlarına uyğun məhsullar.
Yerli İstehsal
Milli iqtisadiyyata dəstək verən premium yerli məhsullar.
Etibarlı Partnyorluq
B2B müştərilərimiz üçün çevik və davamlı əməkdaşlıq mühiti.